Gürcüstan 2019-cu ilin yanvar-may ayları ərzində beynəlxalq turizmdən 1,1 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib.
APA xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, cari ilin ilk beş ayı ərzində əldə edilən gəlirlər ötən ilin hesabat dövrü ilə müqayisədə 101 mln. dollar və ya 9,8% çoxdur. Qeyd olunub ki, təkcə may ayı ərzində Gürcüstan beynəlxalq turizmdən 281 mln. dollar gəlir əldə edib. Bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 35 mln. dollar və ya 14,2% çoxdur.
Agentliyin məlumatına görə, cari ilin ilk beş ayında Avropa və Yaxın şərq ölkələrindən gələn bahalı seqment turistlərin sayında da artım qeydə alınıb.
Oxunub: 659