Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.
Djb.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, onlardan 51-i Hakurk rayonunda zərərsizləşdirilib:
"Əməliyyat zamanı həmçinin terroristlər tərəfindən istifadə olunan 133 sığınacaq və mağara məhv edilib".
Nazirlik əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini vurğulayır.
Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.
Oxunub: 601