dini radikalizm və ekstremizmlə mübarizə

Meksika polisi ölkənin cənubunda 75 miqrantı saxlayıb

Meksika polisi ölkənin cənubunda 75 miqrantı saxlayıb
Meksikanın federal polisi ölkənin cənubundakı Çyapas ştatında Mərkəzi Amerikadan gələn onlarla miqrantın olduğu avtobusu saxlayıb.

Djb.az-in “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokurorluğu məlumat yayıb.

Bildirilir ki, avtobusda Hondurasdan olan 6 nəfər böyük və 7 nəfər yeniyetmə, 3 salvadorlu, eləcə də Qvatemaladan olan 26 böyük və 33 yeniyetmə olub. Onların heç birinin sənədləri olmayıb. Ehtimal olunur ki, miqrantlar avtobusla ABŞ sərhədinə getmək istəyirmişlər.

Oxunub: 521
Oxşar xəbərlər
SON XƏBƏRLƏR