Rusiya Elmlər Akademiyasının Geofizika Araşdırmalar Mərkəzinin Saxalin şöbəsi cümə günü səhər saatlarında Kuril adalarının Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alındığı barədə məlumat yayıb.
Djb.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, "5.6 bal gücündə bir zəlzələ episentri Onekotan adasının 88 kilometr şərqində 69 kilometr dərinliyində olub. Zəlzələ Paramuşir adasının rayon mərkəzində 3-4 bal gücündə hiss edilib.
Təxminən eyni saatlarda Yaponiyada da güclü zəlzələ qeydə alınıb. 6,3 bal gücündə hiss olunan zəlzələ Kyuşu adasının cənub-şərqində qeydə alınıb. Zəlzələnin episentri Miyadzakidə 20 kilometr dərinliyində olub. Əvvəlcə sunami təhlükəsi elan olunsa da, sonradan bu xəbər təkzib edilib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.