İŞİD terror qruplaşmasının kütləvi informasiya vasitəsi olan “Əl-Furqan Media”da 5 il ərzində ilk dəfə olaraq qruplaşma lideri Əbubəkr əl-Bağdadinin videomüraciəti yayımlanıb.
Djb.az xəbər verir ki, internetdə cihadçıların paylaşımlarını izləyən “SITE Intelligence Group” təşkilatı özünün Tvitter hesabında bildirib ki, yeni videoda Bağdadi “xaçpərəstlər”ə qarşı müharibədən danışıb və Suriyada İŞİD-ə məxsus son ərazi olan Baquz üzərindəki məğlubiyyətlərini etiraf edib.