dini radikalizm və ekstremizmlə mübarizə

İstanbulun 17 rayonunda yenidən səsvermə keçirilib - Ekrem İmamoğlu öndədir

İstanbulun 17 rayonunda yenidən səsvermə keçirilib - Ekrem İmamoğlu öndədir
Türkiyənin İstanbul şəhərinin 17 rayonunda yenidən səsvermə keçirilib.

Djb.az türk mətbuatına istinadən xəbər verir ki, səsvermə tamamlanıb.

Bələdiyyə seçkilərinin son nəticələrinə görə, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ekrem İmamoğlu yenə də digər həmkarlarını qabaqlayıb.

Fox TV-də "Çalar Saat" proqramında qonaq olan İmamoğlu səsvermənin nəticələri haqda danışıb: "17 rayonda səsvermə bitib. Aradakı fərq 18742-dir".

Xatırladaq ki, seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən, Ekrem İmamoğlu seçkilərdə qalib gəlib. Hakim partiyasından namizəd olan Binəli Yıldırım təxminən 24 min səslə öz rəqibindən geri qalıb. Ancaq Yıldırım öz məğlubiyyətini qəbul etməyib və yenidən səsvermə keçirilib.

Oxunub: 659
Oxşar xəbərlər
SON XƏBƏRLƏR