dini radikalizm və ekstremizmlə mübarizə

Məhbuslar üsyana qalxdı - 1 ölü, 30 yaralı

Məhbuslar üsyana qalxdı - 1 ölü, 30 yaralı
Meksikada həbsxanada baş verən qiyam zamanı 1 məhkum ölüb, 30 məhkum isə ağır yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın şimalındakı Nuevo Leon əyalətində yerləşən Topo Cico həbsxanasında baş verib.

Məhkumların üsyanı zamanı çoxlu sayda insan ayaqlar altında qalıb. Hökumət baş verənləri nəzarət altına almaq üçün yüzlərlə məhkumu başqa həbsxanaya köçürüb.

Rəsmilər qeyd edib ki, öncədən məhkumların bir qisminin başqa həbsxanaya transfer edilməsi planlanıb. Bu plan həyata keçirilən zaman bir qrup məhkum müqavimət göstərib və beləcə məhkumların etirazı başlayıb.

Son məlumata görə, artıq 512 məhkum digər həbsxanaya köçürülüb.

Oxunub: 531
Oxşar xəbərlər
SON XƏBƏRLƏR