ABŞ təkcə Venesuelada yox, Nikaraqua və Kubada da hakimiyyəti dəyişmək istərdi.
Bu haqda ABŞ dövlət katibi Mayk Pompeo “Telemundo” telekanalına verdiyi müsahibədə bildirib.
Jurnalist Vaşinqtonun Nikaraqua və Kubada qeyri-demokratik rejimlərə qarşı mübarizə aparmaq niyyətində olub-olmadığını öyrənməyə çalışıb. Pompeo təsdiq cavabı verib.
“Etiraf edirik ki, bu ölkələrin hökumətləri öz xalqına qan uddurur, real təhdidlər yaradırlar: ümumilikdə təhlükəsizliyə və ayrı-ayrı fərdlərə təhdid yaradırlar, insanları təməl azadlıqlardan məhrum edirlər”, - amerikalı ali diplomat bildirib.
Pompeo qeyd edib ki, Tramp administrasiyası təkcə Venesuelada yox, qeyd olunan iki ölkədə də müsbət dəyişikliklərin əldə olunması üzərində çalışır.
Oxunub: 716