dini radikalizm və ekstremizmlə mübarizə

Ana oğlunu 10 il əsir kimi saxladı

Misirdə dəhşətli hadisə baş verib.

ATV.az yerli mətbuata istinadən xəbər verir ki, ana oğlunu 10 il boyunca işıq düşməyən otaqda saxlayıb. İndi 17 yaşı olan gənc, təsadüfən qonşuların diqqəti sayəsində xilas edilib. Qonşular otaqdan inilti səsləri eşidib və bu barədə polisə məlumat verib. Xilas edilən gəncin danışa bilmədiyi müşahidə edilib. Bədəni həşəratlarla dolu olan gənc, xəstəxanaya yerləşdirilib. Dilənçiliklə məşğul olan ana ifadəsində bildirib ki, o oğlunu keçmiş həyat yoldaşının qohumlarından gizlətmək üçün belə addım atıb. Psixoloji problemləri olan ana, qohumlara oğlunun öldüyünü deyib.

Oxunub: 662
Oxşar xəbərlər
SON XƏBƏRLƏR