Misirin paytaxtı Qahirədə və digər əyalətlərdə güclü qum fırtınası ölümə yol açıb.
ATV.az Əl-Ərəbiyyəyə istinadən xəbər verir ki, güclü külək, temperaturun aşağı düşməsi və yağışlarla müşayiət olunan təbii hadisə zamanı azı 5 nəfər həyatını itirib. Şimali Sinayda bir sıra şəhərlər elektrik enerjisiz qalıb. Əksər avtomobil yollarında görmə dərəcəsinin aşağı düşməzi üzündən qəzalar baş verib və nəticədə uzun tıxaclar yaranıb.