Rusiya Mərkəzi Afrikada yeni hərbi baza yarada bilər.
Djb.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Afrika Respublikasının müdafiə naziri Mari Noel Koyyara açıqlayıb.
“İki ölkə arasındakı müqavilə çərçivəsində hərbi bazanın yaradılması müzakirə olunur”-deyə nazir deyib.
O, rusların hərbi bazasının Berenqo şəhərində yaradıla biləcəyini əlavə edib.