Türkiyə parlamentinin sədri Binəli Yıldırım səlahiyyətlərinin icrasını dayandırır.
Djb.az-ın Haberturk.com-a istinadən məlumatına görə, onun qərarı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Argentinaya səfərindən dönməsindən sonra açıqlanacaq.
Türkiyə parlamentinin sədri Binəli Yıldırım İstanbul bələdiyyə başçısı vəzifəsinə namizədliyini irəli sürdüyü üçün spiker vəzifəsindən əl çəkmək niyyətindədir.
Hələlik onun namizədliyinin rəsmi təsdiq olunmadığı bildirilir.
Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.