Ukrayna Ali Radası ölkədə növbəti prezident seçkisinin 2019-cu il martın 31-də keçirilməsi barədə qanun layihəsini qəbul edib.
Bu barədə qərar Ali Radanın noyabrın 26-da keçirilən növbədənkənar iclasında qəbul olunub. Qanun layihəsinə deputatların 298-i lehinə səs verib.
Xatırladaq ki, növbəti prezident seçkilərində rekord sayda - 30-dan çox namizədin iştirak edəcəyi gözlənilir.