Türkiyənin Adana vilayətində terror aktının qarşısı alınıb.Terror hadisəsinin İŞİD terror təşkilatı tərəfindən təşkil edildiyi və 29 oktyabr - Türkiyə Respublika Gününə reallaşdırılacağı deyilir.
Məlumata görə, terror əleyhinə keçirilən əməliyyat çərçivəsində İŞİD-in 6 üzvü saxlanılıb, saxlanılanlardan bir nəfərin qadın olduğu qeyd edilir. Sanılanların kimliyi və vətəndaşlığı açıqlanmır. /Moderator.az/