dini radikalizm və ekstremizmlə mübarizə

Putin və Paşinyan nələrdən danışdılar? - ŞƏRH

Putin və Paşinyan nələrdən danışdılar? - ŞƏRH
Ermənistan Rusiya ilə qarşılıqlı əlaqələr sahəsindəki müəyyən hadisələrdən sonra qorxuya düşüb. Söhbət Panik kəndindəki insidentdən gedir.

Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya dövlət başçısı Vladimir Putin arasında baş verən təcili söhbətin öz məntiqi izahatı var.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Ermənistan müdafiə nazirinin Ermənistanda Rusiya qoşunlarının statusuna yenidən baxılmasının zəruriliyi haqqında açıqlaması Kremlin qəzəbinə səbəb olub.

“Yerevan başa düşür ki, Rusiya onlara qarşı çox ciddi vasitələrə malikdir. Şübhəsiz ki, Putinlə söhbət zamanı Paşinyan bütün yollarla onu sakitləşdirməyə və bununla da özlərini qorumağa cəhd edib”, - azərbaycanlı parlamentari bildirib.

O əlavə edib ki, Rusiya əməliyyat meydanı kimi Ermənistanda hərbi bazalarını saxlamaqda maraqlıdır.

“Şübhəsiz ki, Ermənistanın aqressiv siyasəti Rusiyanın xoşuna gəlmir. İndi əsas məsələ ondan ibarətdir ki, bundan sonra Paşinyan seçkilərdən əvvəl söz verdiyi kimi, Qərbə doğru addım ata biləcəkmi?

Çox güman ki, bu, alınmayacaq. Putinlə söhbətdən sonra Ermənistan azad respublika deyil, əvvəlki kimi, Rusiyanın hərbi bazalarının yerləşmə yeri kimi qalacaq”, - müsahibimiz bildirib.

Deputat qeyd edib ki, bir çox ekspertlər Ermənistanın Avrasiya İttifaqından çıxacağı ilə bağlı fikirlər səsləndirir.

“Belə bir şey olmayacaq. Yerevan bunu edə bilməz”, - Mollazadə bildirib.

Oxunub: 742
Oxşar xəbərlər
SON XƏBƏRLƏR