Britaniyalı aktyor Hyu Qrant özünün ilk toyuna hazırlaşır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı aktyor isveçli prodüser Anne Eberşteynlə ailə qurur. Uzun müddətdir münasibətdə olan cütlüyün 2012-ci ildə oğlu, 2015-ci ildə isə qızı doğulub. Hyu ilə Annenin bu il də övladı dünyaya gəlib. Ancaq körpənin cinsiyyəti və adı açıqlanmır.
Aktyorun həmkarı Tinqlan Honla münasibətindən də Feliks adlı oğlu və Tabitu adlı qızı var.
Qeyd edək ki, Hyu Qrant Sandra Bullok, Dryu Berrimor, Cemayma Xanla sevgi münasibətində olsa da, indiyədək bir dəfə də olsun, ailə qurmayıb.