Bolqarıstan prezidenti Rumen Radev Rusiyadan qırıcıların alımasının mümkün olmadığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o “Kommersant” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə Bolqarıstan öz hava qüvvələrini modernləşdirmək niyyətindədir. Lakin prezident Radev bunun üçün lazımi vəsaitlərin Avropa və ya NATO ittifaqına daxil ölkələrdən alına bilcəyini vurğulayıb.
O həmçinin əldə olan keçmiş sovet silahlarının döyüşə hazır vəziyyətdə saxlanılacağını da bildirib.