Flippinin Bulakan əyalətində təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.
DJB.az-in məlumatına görə, bu barədə "CNN Philippines" telekanalı xəbər yayıb.
Bildirilir ki, hava gəmisi Plaridel-Laoaq marşrutu üzrə hərəkət edirmiş. Ölənlərdən 6-sı sərnişin, biri isə pilotdur.
Flippinin mülki aviasiya xidməti bildirib ki, qəzaya uğrayan "Piper PA-23 Apache" təyyarəsi "Lite Air Express" şirkətinə məxsus olub.
Xatırladaq ki, 12 mart tarixində Nepalın paytaxtı Katamanduda da "US-Banga" aviakompaniyasına məxsus təyyarənin qəzaya uğrması nəticəsində 49 nəfər ölmüşdü.
Oxunub: 798