Almaniya kansleri Angela Merkel və Rusiya lideri Vladimir Putin ara-sıra bir-birinə müxtəlif delikateslər hədiyyə edir.
Djb.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Angelə Merkel danışıb.
“Məlum olduğu kimi, Rusiya prezidenti alman pivəsi içməyi çox sevir, bəzən müxtəlif təamları mübadilə etmək imkanı düşür. Bir dəfə ondan yaxşı hisə verilmiş balıq qəbul etmişdim” deyə Merkel bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin, Merkelin Rusiyaya səfər edən zaman ona alman pivəsi gətirdiyini bildirmişdi.