Katmanduda faciəvi təyyarə qəzası ekipaj üzvlərinin səhvi ucbatından baş verib.
Djb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Katmandu beynəlxalq aeroportunun rəhbəri bəyanat verib.
Katmandu beynəlxalq hava limanı yaxınlığında “US Bangla” şirkətinə aid 78 oturacaqlı “Bombardier Dash 8 Q400” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 50 nəfər həlak olub.