Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə "Peqasus Hava Yolları”na məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdiyini etiraf edib.
Prezident bu etirafı öz adını daşıyan bir sənədli filmdə dilə gətirib.
Onun sözlərinə görə, təyyarəinin içinə bomba yerləşdirilib. Hədəf isə 2014 Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimi olub: "Mənə Ukraynadan İstanbula getmək üçün havaya qalxan, 110 nəfər sərnişini olan bir təyyarənin qaçırıldığı və Soçiyə getmək üçün istiqamət dəyişdiyi xəbəri verildi. Mən də təyyarənin vurulması təlimatını verdim”.
Putin daha sonra bu xəbərin yalan məlumat olduğunu deyib.
Qeyd edək ki, "Peqasus Hava Yolları” şirkəti 110 sərnişin daşıyan "Boeing 737-800” tipli təyyarəsinin 7 fevral 2014-cü il tarixində qaçırıldığı siqnalını vermiş, türk pilot isə təyyarəni Soçidə yox, Türkiyənin "Sabiha Gökçen” hava limanında yerə endirmişdi. O dövrdə şəhərin meri olan Hüseyn Avni Mutlu bütün sərnişinlərin təxliyə edildikdən sonra üzərində bomba daşıyan şəxsin zərərsizləşdirildiyini bildirmişdi.
Rusiya prezidenti sənədli filmdə babasının Vladimir Lenin və İosif Stailinin aşpazı olduğunu da etiraf edib
Oxunub: 672