Rusiyanın radioelektron mübarizə qüvvələri Suriyanın Rusiyadakı bazası yaxınlığında peyk əlaqəsini (2G və 3G) kəsəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı RBK agentliyi yayıb. Qərarın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının 8-ci İdarəsinin rəisi general Yuri Kuznetsov tərəfindən verildiyi bildirilir.
Bu addımın atılmağına əsas səbəb kimi Rusiyanın hərbi obyektlərinə pilotsuz uçan aparatların hücumu olub.
Qeyd edək ki, Rusiyanın Suriyadakı Hmeymim bazasına yanvarın 1-də pilotsuz uçan aparatlarla hücum edilib. Eyni formada hücum yanvarın 6-da da yaşanıb.