Hindistanda bir qadının başlıq pulu almaq üçün kişi qiyafəsinə girərək dəfələlə evləndiyi ortaya çıxıb. Bu əcaib hadisə Hindistanın Uttarakhand şəhərində yaşanıb. 2014-cü ildən bəri özünü hamıya kişi kimi təqdim edən Krişna Sen (26) adlı qadın hiyləsinin ortaya çıxmasından sonra həbs olunub.
İlk dəfə 2014-cü ildə evlənən Krişnanın birlikdə olacağı qadınları Facebook üzərindən tapdığı ifadə edilib. Krişna qanunla qadağan olsa da, Hindistandakı adət-ənənələrə görə, gəlinin ailəsindən pul və müxtəlif hədiyyələr qəbul edib. 2017-ci ildə növbəti dəfə evlənən Krişna bu dəfə gəlinin ailəsinin etdiyi şikayətlər nəticəsində saxlanılıb. Polis sorğu-sualı zamanı kişi olduğu üzə çıxan qadının hiyləsi hər kəsi şoka salıb.
Polis tərəfindən verilən açıqlamada Krişnanın evləndiyi qadınlarla cinsi münasibətə girmədiyi, qalın bir səs tonu ilə danışdığı və “özündən arxayın bir kişi” kimi göründüyü bildirilib. musavat.com