dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna üçün qorxulu 2019 gəlir – Rabinoviç

Ukrayna üçün qorxulu 2019 gəlir – Rabinoviç
İndiki iqtisadi model və böyük borcla Ukrayna 2019-cu ildən sonra ödəniş qabiliyyətini itirəcək.

Axar.az xəbər verir ki, bunu “112 Ukraina” televiziyasında çıxışı zamanı ukraynalı deputat Vadim Rabinoviç söyləyib.

“Bizi elə bir yerə qovublar ki, buradan çıxış yolu yalnız ekstremal xarakterli ola bilər. Ukrayna təkcə bu il Beynəlxalq Valyuta Fonduna 43,8 milyard qrivna verməlidir. Ümumilikdə 175 milyard qrivna borc ödəməliyik ki, bunun da 64%-i daxili borclardır. Hökumət bunu yaxşı anlayır, amma bizi uçuruma aparmaqda davam edir. Onun insanlara deyəcəyi heç nə yoxdur. Ən qorxulusu odur ki, onlar nə edəcəklərini bilmirlər”, – deyə o bildirib.

Oxunub: 720
Oxşar xəbərlər
SON XƏBƏRLƏR