Kiprdə prezident seçkilərinin ikinci turuna artıq start verilib.
Oxu.Az xəbər verir ki, səsvermə yerli vaxtla saat 18.00 sona çatacaq.
Prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci tura 35,5% səs toplayan sağçı “DİSİ” partiyasından namizəd, ölkənin hazırki prezidenti Nikos Anastadiadis və 30,25% səs toplayan solçu “AKEL” partiyasının nümayəndəsi Stavros Malas keçib.
Seçicilərin siyahısında 551 minə yaxın 18 yaşına çatmış ölkə vətəndaşı var. Səsvermə zamanı ictimai təhlükəsizliyin təmin edilməsinə təqribən 2 min polis əməkdaşı cəlb edilib.