ABŞ hərbi helikopteri Okinava adasında yerləşən otellərdən birinin həyətinə təcili eniş edib.
Axar.az xəbər verir ki, vertolyot nasazlıqla bağlı sensorun qəfil xəbərdarlığından sonra eniş edib.
Eniş zamanı heç kim xəsarət almayıb.
Qeyd edək ki, iki gün əvvəl ABŞ helikopteri İkei adasına təcili eniş etmişdi.