ABŞ Prezidenti Donald Tramp jurnalist Maykl Vulfun “Alov və qəzəb. Trampın Ağ Evində” kitabındakı prezidentin əqli və fiziki vəziyyətinin yerində olmaması barədə iddialarına son qoymaq istəyir.
Axar.az xəbər verir ki, Tramp bununla bağlı prezidentlik müddəti ərzində ilk dəfə sağlamlıq müayinəsindən keçməyə qərar verib.
Məlumata görə, o, Vaşinqtondakı eks-prezident Barak Obamanın həkimi tərəfindən müayinə olunacaq.
Qeyd edək ki, prezidentin sağlamlıq müayinəsinin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.