Yeni Zenlandiyada davam edən güclü qasırğa 20 min evi elektriksiz qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “New Zeanland Herald” nəşri yazıb.
Məlumata əsasən, qasırğa nəticəsində Koromandel yarımadasında 9 min, Okelandda isə 12 min ev elektriksiz qalıb.
Güclü yağışların gün ərzində davam edəcəyi gözlənilir. Küləyin sürəti saat 120 km-ə çatır.
Təbii fəlakət Okelandın şimalında nəqliyyat hərəkətinin tamamilə dayanmasına səbəb olub.