dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ Pakistana yardımı dayandırdı

ABŞ Pakistana yardımı dayandırdı
ABŞ Pakistana təhlükəsizlik məsələlərində yardımı dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Hezer Nauert bildirib.

“Bu gün biz təsdiq edə bilərik ki, Pakistana milli təhlükəsizlik sahəsində yardımı dayandırırıq, ancaq milli təhlükəsizlik sahəsində”, - deyə o vurğulayıb.

Nauert qeyd edib ki, bu qərar Pakistan hakimiyyətinin terrorçuluqla mübarizədə kifayət etməyən tədbirlərinə cavabdır.

“Pakistan daha qətiyyətli hərəkətlər etməlidir”, - deyə o əlavə edib.

Daha əvvəl ABŞ mətbuatı Donald Tramp administrasiyasının Pakistana təhlükəsizlik sahəsində yardımın dayandırılması planını elan etməyə hazırlaşdığını xəbər verib.

Oxunub: 813
Oxşar xəbərlər
SON XƏBƏRLƏR