dini radikalizm və ekstremizmlə mübarizə

Teleaparıcı FatehPortagala cavab



Djb.az xəbər verir. Nadir Diiridagli öz sosial media hesabında Fateh Portağal ilə bağlı paylaşım edərək öz fikirlərini bildirib.
O, yazır:- Teleaparıcı Fateh Portağal iddia edir ki, "Azərbaycan heç vaxt Türkiyənin dostu olmayıb". Bəs, Sarıqamışda ölən, Çanaqqalada öldürülən BİZ azərbaycanlılar deyildikmi? Qurtuluş savaşında Atatürkün borc xahişinə "Paşam, bizdə qardaş qardaşa borc verməz" deyib 500 kq qızıl, 30 sistern neft, 9.000 ton kerosin, 350 tondan çox benzin, yağ göndərən Nərimanov hansı millətin övladı idı? Bəs, Avropa parlamentində Türkiyə dövləti və milləti təklənəndə, tribunada sinəsini qabağa verib "Türkiyə yoxdursa, əvəzində MƏN burdayam" deyən Azərbaycan prezidentinin fədakarlığına nə deyirsən? Türkiyənin ən ağır və faciəli günlərində min dəfə ölüb-dirilən, səhəri dirigözlü açan və əlidolu qardaş qapısını kəsdirən BİZimkilər deyildimi? Bəs, Azərbaycanın ən ucqar kəndlərində belə darvazaların qapısından asılan Türkiyə bayraqlarına nə deyirsən? Türkiyənin adı gələndə dodağı yeddi yerdən parçalanan "Can Azərbaycan" millətinə bu qədər kin - küdurət görəsən hardandır? Dostluq, qardaşllq, birlik, dirlik necə olur, abi? Gərək nə qədər kar və kor olasan ki, bunu görməyəsən, Fateh Pörtağal. Bilib və ağah olasan ki, Türkiyə bizim göz bəbəyimizdir!!! Allah Türkiyəmizi və bizi hifz etsin. Nadir Diridağlı

Oxunub: 53
Oxşar xəbərlər
SON XƏBƏRLƏR