dini radikalizm və ekstremizmlə mübarizə

Bodrumda Diana Əhədpurla eks-deputat arasında dava

Bodrumda Diana Əhədpurla eks-deputat arasında dava


Bodrumda yerləşən “Mandarin Oriental” hoteldə CHP-dən olan eks-deputat Aydın Ayaydın və azərbaycanlı model, iranəsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşı Diana Əhədpur arasında dava olub.

Bu barədə Djb.az “Sabah” nəşrinə istinadən xəbər verir.

Nəşrin müxbirinin sözlərinə görə, insidentə səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratmağa başlaması olub. Bu, Ayaydını özündən çıxarıb və o, uşağın üstünə qışqırıb. Oğlan ağlaya-ağlaya anasının yanına qaçıb.

Əhədpur dərhal kişiyə yaxınlaşıb və etirazını bildirib: “Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?”

Bunu eşidən Ayaydın modelə hücum çəkib və onu təhqir etməyə başlayıb: “Rədd olun gedin buradan. Gedin öz ölkənizə eş...lər”.

Ayaydın insidentin videoya çəkildiyini və sosial şəbəkələrdə yayıldığını öyrəndikdən sonra Əhədpur və onun ailəsindən üzr istəyib.

Qeyd edək ki, azərbaycanlı model Diana Əhədpur 1986-cı ildə Tbilisidə anadan olub. O, Bakıda təhsil alıb və “Diana Ahadpour” brendinin yaradıcısıdır. Həmçinin Azərbaycan, BƏƏ və bir sıra digər ölkələrdə model biznesinə sahibdir. Modelin həyat yoldaşı hazırda Dubayda yaşayır.

Oxunub: 129
Oxşar xəbərlər
SON XƏBƏRLƏR