dini radikalizm və ekstremizmlə mübarizə

AD GÜNÜN MÜBARƏK, XANIM QƏDİROVA!


İstedadlı, sosial fəal gəncimiz XANIM QƏDİROVA! Sizi yeni yaşınız münasibətilə ürəkdən təbrik edirik. Açıq sözə, ictimai rəyə, demokratik fikirə ölkə başçısı, hörmətli cənab Prezidentimiz İlham Əliyev tərəfindən dəstək verildiyi indiki bir vaxta Sizin müsahibə, yazı və paylaşmalarınızı böyük həvəslə izləyirik. Siz dövlətini, xalqını, Vətənini sonsuz bir məhəbbətlə sevən gəncsiniz. Sizi kimi gənclərin olması, sözünü zamanında və aşkar deməsi həyatın tələbidir. Həyat inkişafdadır və daim yeniləşir. Köhnə fikir və iş metodları ilə, insana qayğı və diqqət olmadan heç nəyə nail olmaq olmaz. Budur cəmiyyətin bəlası, budur bizim problemlərimiz! Budur Prezidentimizin rəhbərliyi altında apardığımız mübarizə!
... Dəyərli gəncimiz, Xanım bala! Mübariz olmaq, neqativ hallara qarşı çıxmaq, xalqa xidmətdən kənar məmur mövqeyini tənqid etmək heç də birmənalı qarşılanmır. Bir neçə saat bundan əvvəl paylaşdığın status mənə çox doğma gəldi. Düz sözə, haqq işinə görə mənim də başım müsibətlər çəkib. Ancaq yolumuz irəlidir, haqqa-ədalətə, cəmiyyətin saflaşmasına doğrudur... “HARAM XOŞUNUZ OLSUN!.." fikrinizin " ÇOX YORĞUNAM...amma ÇOX XOŞBƏXTƏM!" statasunuzda tamamlanması nə qədər gözəldir. Həmişə xoşbəxt olun! .
... Siz Yeni Azərbaycan Partiyasının üzvüsünüz, Səlyan rayon UGİŞM-da məşqçi müəllim kimi uğurlu fəaliyyət göstərirsiniz. Mətbuatda və öz facebook səhfənizdə maraqlı, məntiqə söykənən, düşündürücü yazılarınızdan qürur duyuruq. Xalq ruhunda olmanız, Vətən sevginiz, peşə fəaliyyətində işgüzarlığınız çox gözəldir.
... Əziz gününüz, şad gününüz çox mübarək, dəyərli gəncimiz XANIM QƏDİROVA! Simanızda ailənizi, Səni sevən hər kəsi təbrik edirik! Uğur, cansağlığı və bəxtiyar günlər Sizinlə olsun!
Siz bir Azərbaycan gənci kimi xoşbəxtsiniz! Vətən sevginizlə, qəlbinizin gözəlliyi ilə..


SƏXAVƏT TAĞLAR
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
AYB-nin Aran Bölməsi üzrə məsul katibi, yazıçı.

Oxunub: 444
Oxşar xəbərlər
SON XƏBƏRLƏR