dini radikalizm və ekstremizmlə mübarizə

Ağır ürək-damar xəstələrinə ömür verən həkim...

Ağır ürək-damar xəstələrinə ömür verən həkim...


Ağır ürək-damar xəstələrinə ömür verən həkim...
Azərbaycanda iki ay ömrün qalıb deyib xəstəni bir az da xəstəhal edən bəzi həkimlərə bir dərs, bəlkə də bir az da olsa insaf verəcəkdir bu olay. Xəstə onsuzda xəstədir. Amma onun ölüm tarixini özünə demək ondan da betər bəd xassəli xəstəlikdir. Öləcəyi deyikləri və əməliyyatına qarantiya verməyən həkimlərin yenidən bir tibb təhsilinə ehtiyacları var məncə... O, Türköyədə tamamən sap-sağlam olub döndü Azərbaycana. Həm də xəstəxana ondan nə yatmaq nə yemək, nə əməliyyat xərci tələb etmədi. Maraqlandığımda xəstə ailənin durumnun çox çətin olduğunu, hətta xəstənin və onunla birgə ona baxmaq üçün gələn bacısının da yol pullarının doktor tərəfindən ödənildiyini duyub çaş-baş qaldım... İnsanlıq ölməyibmiş demək!!!
Alper Onk kimdir?

“Alper Onk (Ürək-damar cərrahı) 22 fevral 1978 ci ildə Afyonda anadan olub. 13 yaşında ikən Afyondan Maltyaya gedir. Başarılı bir şagird olaraq müəllimlərinin və ailəsinin sevinci olur. Bursa Uludağ TibbFakultəsində oxuyur və uğurla başa vurur. Ürək-damar cərrahlığına yiyələnir. Istanbul Koşuyolu Ürək xəstəxanasında həkimliyini tamamlayır uzman olaraq görəvə başlayır. Yardımçı doçent sınavını qazanaraq Ərzincana gəlir. 2017 ci ilin noyabr ayında dosentliyini qazanır. Bu günə qədər də Ərzincanda Ürək-damar cərrahı olaraq tanınır...”
Türküyədə tanınan həkim Alper Onk ən yaşlı xəstələri əməliyyat edərək həyata qaytarıb məhz bunun üçündə o barmaq sayısıyla görsədilən cərrahlardandır. Yazını yazmaqda məqsədim Azərbaycanda həkimlərin iki ay yaşamaq müddətinin qaldığını deyib əməliyyatdan imtina edən həkimlərin ya savadsızlığına ya da ki, biganəliyinə laqeyd qalmamaqdır. Mən bu prosesi izlədim ona görə ki, cərrah Alper bəyin Atası Ali Onk ve anası Nevin Onkların Türkiyədə mənimlə çox yaxın bağlarının olmasıdır. Azərbaycanda əməliyyatının çox çətin olduğunu və bu əməliyyatın riskli olduğu deyilən 50 yaşındaki Azerbaycanlı Rəsmiyə Vəliyeva Azərbaycanda yaşadığı ürək rahatsızlığı sonrası damarlarındaki tıxanıqlıq səbəbiylə həkimlər tərəfindən əməliyyatı riskli görünən və qısa ömrünün qaldığı deyiləndə bir az da ruhdan düşür. O ailəsi ilə Türkiyədə tədavi imkanları araştırmağa başladıqda Ərzincan Məngücək Gazi Eğitim ve Araştırma Hastanesində "Ürək- Damar Cərrahı" alanında yapılan çalışmaları öyrənir və təcili xəstəxana ilə əlaqə yaratmağa başlayır. Ürək-damar cərrahı Anabilim Dalı Başkanı Doç. Dr. Oruç Alper Onk ilə görüştükdən sonra tədavi olmağa qərar verən Vəliyeva, əməliyyat üçün Ərzincana gəldi. Ürəyindəki üç damarına uyğulanan baypas əməliyyatı edildi və tam sağlamlığına qovuşaraq Azərbaycana döndü. "Azərbaycanda həyatımı bəlkə də kayb edəcəkdim deyən Rəsmiyyə xanım öncə Allaha, sonra isə Doç. Dr. Oruç Alper Onk bəyə sonsuz təşəkkürlərini bildirdi…
Ağır ürək-damar xəstələrinə ömür verən həkim...
Can varsa can ağrısı da var… Olum varsa ölüm də var… Amma hamısının öz zamanı vardır. Can ağrılarımızı cəlladlara deyil peşəkar həkimlərə həvalə edək ki, ömrümüz bir az da uzana bilsin…
Nəzmiyyə HİCRAN
TÜRKİYƏ


Oxunub: 690
Oxşar xəbərlər
SON XƏBƏRLƏR