Главная > tehsil > Lisey üzrə digər meyarlar müəyyənləşib
Lisey üzrə digər meyarlar müəyyənləşib31-07-2020, 08:50. Разместил: djbaz |
Lisey ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir . APA-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar"da əksini tapıb . Lisey üzrə digər meyarlar aşağıdakılardır: -tədrisin dövlət standartları və proqramları əsasında təşkili; - müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi; - istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi; -fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi; -istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması; - ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi; - ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi. Вернуться назад |