dini radikalizm və ekstremizmlə mübarizə

YAP-da DƏYİŞİKLİK - Bu deputatlar İdarə Heyətinə seçildilər

YAP-da DƏYİŞİKLİK - Bu deputatlar İdarə Heyətinə seçildilər

“Partiyanın üzvlərinin sayı artıb. 6 partiya YAP-a qoşulmaq üçün müraciət edib. Eyni zamanda, onlar da bizim partiyamıza gələcəklər və sayımız daha artacaq».

Djb.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yeni Azərbaycan Partiyasının başa çatan qurultayı barədə danışarkən Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

YAP-çı deputat qurultaydakı yeniliklıərdən də söz açıb:


“YAP-ın Siyasi Şurası ləğv edilib. İdarə Heyətində üzvlərin sayı artmalı idi. Daha gənc və perspektivli şəxslər gəlməli idi. Bu da oldu. Azər Badamov, Cavid Osmanov, Tahir Mirkişili, Musa Quliyev, Ramin Məmmədov, Şahin İsmayılov, Pərvin Kərimzadə, Hikmət Babaoğlu kimi deputatlar İdarə Heyətinə seçildilər. Eldar İbrahimov, Əli Əhmədov və Arif Rəhimzadə də İdarə Heyətində qaldı. İdarə Heyətinin əksəriyyəti gənclərdir. Məlahət İbrahimqızı Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə düşüb. YAP rayon təşkilat sədrləri yerindədir. Siyavuş Novruzovun yerinə təyinat olmadı».

Qeyd edək ki, YAP-ın İdarə Heyətində təmsil olunan deputatların tam siyahısı aşağıdakı kimidir:

Tahir Mirkişili, Cavid Osmanov, Sadiq Qurbanov, Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu, Azər Badamov, Şahin İsmayılov, Ramin Məmmədov, Kamal Cəfərov, Eldar İbrahimov, Mixail Zabelin, Vasif Talıbov, Anar İsgəndərov, Rauf Əliyev, Musa Quliyev, Rəşad Mahmudov, Pərvin Kərimzadə, Ülviyyə Həmzəyeva, Vasif Talıbov.

Oxunub: 473
Oxşar xəbərlər
SON XƏBƏRLƏR