dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda yoluxma daha da artacaq - Deputat

Azərbaycanda yoluxma daha da artacaq - Deputat

“Koronavirusa yoluxma bu sürətlə gedərsə, virus qarşısı alınmaz həddə çatacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə son günlər koronavirusa yoluxma sayının artması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, əgər müməyyən qadağa və məhdudiyyətlər olmasa, yoluxma sayı daha da artacaq:

“Əlavə tədbirlərin görülməsinə çox böyük ehtiyac var idi. Demək olar ki, bir çox ölkənin istifadə etdiyi qadağalar öz effektini verir. Düşünürəm ki, ölkəmizdə də yenidən müəyyən qadağalrın tətbiq olunması öz effektini verəcək. SMS icazənin tətbiqi bu məsələdə daha önəmlidir. Çünki insanların istədiyi vaxt evdən çıxması, ticarət mərkəzlərində, nəqliyyatda olması xəstələrin sayının artmasına gətirib çıxarır. Ümumiyyətlə, artıq hər birimiz bilməliyik ki, maska taxmaq, gigiyenik qaydalara əməl etmək, sosial məsafə gözləmək virusun qarşısını alan əsas vasitədir”. /Redaktor.az

Oxunub: 439
Oxşar xəbərlər
SON XƏBƏRLƏR