dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib

Baxış Sayı:63

Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib

Rusiya Federasiyasına məxsus “İl-76” hərbi nəqliyyat təyyarələri artıq 400-dən çox rus sülhməramlısını Ermənistana çatdırıb, heyət təyyarəni boşaldıb və xidmət sahəsinə getmələri üçün konvoylar yaradıblar.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

“Hazırda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı zabitləri və 15-ci sülhməramlı briqada bölmələrinin hərbçiləri olan 20 “İl-76” hərbi nəqliyyat təyyarəsi Ermənistan Respublikasına enib. Hərbi nəqliyyat təyyarələri 400-dən çox hərbi qulluqçu, zirehli nəqliyyat vasitəsi, zirehli texnika və rabitə vasitələrini çatdırıb”, - məlumatda belə deyilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR