dini radikalizm və ekstremizmlə mübarizə

Mariya Zaxarovadan şok iddia: “Şübhəli təkliflər edirlər”

Mariya Zaxarovadan şok iddia: “Şübhəli təkliflər edirlər”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-da çalışan rus jurnalistlərin bu ölkədəki kəşfiyyat xidmətlərindən şübhəli əməkdaşlıq təklifləri aldıqlarını bildirib.

KONKRET.az xəbər verir ki, Zaxarova bu barədə Feysbuk səhifəsində yazıb.

“ABŞ-ın kəşfiyyat xidmətləri davamlı olaraq bu ölkədə çalışan rus jurnalistlərinə “yaxınlaşır” və şübhəli əməkdaşlıq təklifləri edirlər”, – XİN rəsmisi qeyd edib.

Mariya Zaxarova rus jurnalistlərin ABŞ hava limanlarında tutulmasının adi bir praktikaya çevrildiyinə də diqqət çəkib: “Bu təcrübə 2018-ci ilin noyabrında 20 xüsusi agentin Rusiya Mətbuat və İnformasiya İnkişaf Komitəsinin sədri Aleksandr Malkeviçi Vaşinqtondan uçarkən dindirməsi ilə başlayıb. Malkeviç ABŞ Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib”.

Zaxarova əlavə edib ki, 2020-ci ildə ən səs-küylü hadisə, “Russia Today” (RT) müxbirinin Nyu-Yorkda ABŞ kəşfiyyatı tərəfindən iki dəfə dindirilməsidir.

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR