dini radikalizm və ekstremizmlə mübarizə

Ya indi saziş imzalayaq, ya da kapitulyasiyaya hazırlaşaq

Ya indi saziş imzalayaq, ya da kapitulyasiyaya hazırlaşaq

Ermənistanda artıq dərk etməyə başlayırlar ki, Paşinyanın uğursuzluqları və səhvlərinin əvəzini ölkə əsgərləri həyatı ilə ödəyir.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Stepan Daniyelyan deyib.

“Azərbaycan Paşinyan rejiminin Ermənistanın əvvəlki hakimiyyət orqanlarının danışıqlar prosesində əldə etdiyi az sayda nailiyyətlərin hamısının ləğvi faktı ilə razı qalmayacaq:

1. Müharibə hər zaman siyasətin davamıdır. Siyasət dalana dirənəndə və geosiyasi balans pozulanda müharibələr başlayır.

2. Müharibə yeni qüvvələr balansı yarananda və ya əvvəlki balans bərpa ediləndə dayanır.

3. Müharibənin səbəbi uzaqgörənlikdən uzaq və doğru olmayan siyasətdir və onun dəyəri dəhşətlidir.

4. Müharibənin bitməsi siyasi səhvlərin düzəldilməsi ilə bağlıdır.

Səhvlərin düzəldilməsi ilə bağlı addımlar atılmayıb. Əgər indi bunun haqqında danışmaq olmazsa, nə vaxt olacaq?” – deyə o bildirib.

O, hazırda Ermənistanın razılaşma imzalama şansı olduğunu, əks təqdirdə kapitulyasiyaya imza atacağını deyib.

Oxunub: 352
Oxşar xəbərlər
SON XƏBƏRLƏR