dini radikalizm və ekstremizmlə mübarizə

"Müxalifət anlamalıdır ki, bizim bir düşmənimiz var" - DEPUTAT


“Tofiq Yaqublunun ev dustaqlığına buraxılması bir daha göstərdi ki, dövlət tutduğu mövqedən asılı olmayaraq vətəndaşına dəyər verir”.

Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı fikirlərini KONKRET.az-a bölüşən millət vəkili Kamilə Əliyeva bildirib ki, Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublunun ev dustaqlığına buraxılması barəsində qərarı bütün cəmiyyətdə alqışlanıb: “Azərbaycan dövləti növbəti dəfə də humanistlik prinsipini əsas götürdü. Bu bir daha onu göstərir ki, dövlətin və qanunların əsas məqsədi vətəndaşların taleləri və sağlamlığıdır.

Hər zaman Azərbaycanda bu iki vacib amil ön planda olub. Tofiq Yaqublunun ev dustaqlığına buraxılması sübut etdi ki, dövlət tutduğu mövqedən asılı olmayaraq vətəndaşına dəyər verir. Ümid edirəm ki, müxalifət bunu düzgün qiymətləndirəcək.

Müxalifət bunu dövlətin geriyə addımı kimi başa düşməməlidir. Əksinə qarşılıqlı və konstruktiv dialoqa çağırış kimi dəyərləndirməlidir. Anlamalıdırlar ki, iqtidar və müxalifət olaraq bizim bizim bir düşmənimiz var. O da Ermənistan dövlətidir. Mənə elə gəlir müxalifət bu addımdan nəticə çıxaracaq və daha dövlətçiliyimizə zidd addım atmayacaq”.

Oxunub: 427
Oxşar xəbərlər
SON XƏBƏRLƏR