dini radikalizm və ekstremizmlə mübarizə

Bu 3 ölkə Türkiyəyə sanksiya tələb edir - Çavuşoğlu

Bu 3 ölkə Türkiyəyə sanksiya tələb edir - Çavuşoğlu

24-25 sentyabr tarixlərində Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini gözləmirəm. Amma ola da bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV-yə açıqlamasında deyib.

M.Çavuşoğlu bildirib ki, sanksiyanın tətbiq edilməsini əsasən Fransa, Yunanıstan və Cənubi Kipr istəyir:

“Sanksiyalar tətbiq edilə də bilər. Keçmişdə də buna bənzər proseslər olub. Türkiyə Avropaya gedən miqrantların qarşısını almayacaq. Bununla bağlı qərar qəbul etmişik və bu qərar hələ də qüvvədədir.

Makron dürüst bir siyasətçi deyil. Türkiyə problemlə bağlı ətraflı məlumat verdikdən sonra AB ölkələri haqlı olduğumuzu anlamağa başladı. Ancaq “Seviliya” xəritəsindən imtina olunmazsa, gərginlik bitməyəcək. İki qonşu ölkə arasında birbaşa görüşlər keçirilə bilər. Ancaq ilkin şərtlərdə israr edərsə, biz də əlavə şərtlər tələb edərik”.

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR