» » Baş konsulluq Türkiyədəki azərbaycanlılara müraciət etdi

Baş konsulluq Türkiyədəki azərbaycanlılara müraciət etdi

Baş konsulluq Türkiyədəki azərbaycanlılara müraciət etdi

Azərbaycanın İstanbuldakı Baş konsulluğu koronavirus səbəbindən Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədə viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlara müraciət edərək konsulluqla əlaqə saxlmağa çağırıb.

Konsulluqdan Open.az-a verilən məlumata görə, hazırda Türkiyə - Azərbaycan arasında olan uçuşlarının təxirə salınması səbəbilə, viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlar ad, soyad, pasport məlumatlarını konsulluğa təqdim etməlidirlər.

Belə ki, diplomatik nümayəndəlik ilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əldə olunmuş razılığa əsasən vətəndaşlarımız bu məlumatlarla yanaşı Türkiyə Respublikasından çıxış edəcəkləri sərhəd keçid məntəqələrinin adlarını bildirəcəyi təqdirdə, sözügedən şəxslərin viza və ya ölkədə qalma qaydalarının pozuntularından irəli gələn cərimə tətbiqindən azad olunması nəzərdə tutulur.

Konsulluqdan verilən məlumatda həmçinin deyilir ki, Azərbaycan vətəndaşları qeyd olunan məlumatları Baş konsulluğun [email protected] elektron ünvanına göndərməlidilər.


Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930