dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan administrasiyasında yüksək səviyyəli toplantı keçirilib

Ərdoğan administrasiyasında yüksək səviyyəli toplantı keçirilib

Türkiyə ordusunun 10 fevralda Suriya ordusu tərəfindən hücumlara məruz qalması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyasında müzakirə olunub.

APA-nın Türkiyə bürosunun ”CNN Türk”ə istinadla verdiyi xəbərə görə, toplantıda Prezidentin köməkçisi Fuad Oqtay, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər, Milli Təhlükəsislik İdarəsinin (MİT) rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir və Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun iştirak edib.

Müzakirələrdə Bəşəd Əsəd rejiminin bu gün Türkiyənin İdlibdəki müşahidə məntəqələrinə hücumu, lazımi addımların atılması, münaqişələrin qarşısının alınması, sərhəd təhlükəsizliyinin qorunması, yeni köç dalğasının qarşısının alınması kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, Türkiyənin İdlibə göndərdiyi əlavə qüvvələr bu gün Suriya ordusu tərəfindən hücuma məruz qalıb. Nəticədə 5 əsgər şəhid olub, 5 əsgər isə yaralanıb.

Oxunub: 467
Oxşar xəbərlər
SON XƏBƏRLƏR