dini radikalizm və ekstremizmlə mübarizə

“Bu savaş bütün körfəzin alovlanması demək olacaq”


Arzu Nağıyev: “Bəzi ərəb dövlətlərinin bu müharibədə kimin yanında olacağı hələ bəlli deyil”
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp bu günlərdə İrana qarşı hərbi əməliyyatlara istənilən an start verə biləcəkləri ilə bağlı açıqlama verib. Trampın sözlərinə görə, artıq ilk olaraq vurulacaq obyektlərin siyahısı da hazırdır və hərbi əməliyaytlar başlayarsa, ilk növbədə məhz bu obyektlər sıradan çıxarılacaq.
Maraqlıdır, İran-ABŞ gərginliyinin yaxın gələcəkdə hərbi müstəviyə keçməsi gözləniləndirmi? Həqiqətənmi Pentaqon anidən belə bir hücum əməliyyatına start verə bilər?
Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu açıqlamlar son vaxtlar Səudiyyə Ərəbistanında baş verən hadisələrlə bağlıdır. Yəni bu hərəkətlilik neft istehsalını həyata keçirən zavodun vurulmasından sonra özünü göstərməyə başladı. İranla bağlı gərginlik həm Hörmüz körfəzi ilə bağlı, həm də nüvə proqramı ilə əlaqədar yaşanmaqdadır. Trampın bu bəyanatları atılan raketlərin İran istehsalı olmasının, İran tərəfindən atılmasının guya sübut edilməsindən sonra başladı.
Rusiya-İran münasibətləri hazırda yüksələn xətlə inkişaf edir. ABŞ isə nəyin bahasına olursa-olsun bunun qarşısını almağa çalışır.
Tramp müharibə ilə bağlı bu cür anonslar versə də, bunu anidən, istədiyi an başlaya bilməz. Çünki İranda müharibəni başlanması bütün körfəzin alovlanması deməkdir. Ərəb baharını yaşayan ölkələrin bu müharibədə kimin tərəfində olacağı da sual altındadır. Bu məsələdə ABŞ-ı dəstəkləməyən qüvvələrin olması da mümkündür.
Məlum məsələdə şübhəsiz ki, ABŞ NATO qüvvələrindən istifadə edəcək. NATO-nun İrana yaxın ən böyük qüvvəsi isə Türkiyədir. Türkiyə isə ABŞ-ın bu addımına dəstək verməyəcək. Ona görə də hesab edirəm ki, müharibənin başlanması Trampın anonsu ilə bağlı deyil. Əsas məqsəd Səudiyyə Ərəbistanı ilə bağlı baş verənlərə görə günahkarın tapılması və dəyən zərərin kompensasiyası ilə bağlıdır”...

Oxunub: 569
Oxşar xəbərlər
SON XƏBƏRLƏR