» » Türkiyə Paşinyanın təklifinə cavab verdi

Türkiyə Paşinyanın təklifinə cavab verdi

Türkiyə Paşinyanın təklifinə cavab verdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın yeni hakimiyyətinin Yerevanın Ankara ilə ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olması təklifinə cavab verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Türkiyənin “Habertürk” nəşri məlumat yayıb.

“Ermənistanın yeni hakimiyyəti Türkiyə ilə ilkin şərt olmadan görüşməyə hazır olması ilə bağlı açıqlama verib. Ancaq bizim şərtlərimiz aydındır. Azərbaycanın həssaslığını nəzərə almadan hansısa addım ata bilər?
Oxu: Paşinyan Türkiyəyə təklif irəli sürdü
Əslində eyni zamanda Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atılmalı və problemlər həll edilməlidir.

Bu, Ermənistan üçün daha səmərəli olacaq. Qarabağ və işğal olunmuş torpaqlarla bağlı məsələni həll etmək lazımdır”, - Çavuşoğlu bildirib.

Türkiyə XİN rəhbəri qeyd edib ki, əgər Ermənistan təcrid edilmiş vəziyyətdə qalmaq istəmirsə, problemi həll etməlidir.

“Bizim üçün həssas məsələlər məlumdur. Biz Azərbaycanın qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcəyik”.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031