» » Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü

Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü

Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü
Cəlilabadda 10 yaşlı uşağa iynə vurulandan sonra vəziyyəti ağırlaşıb.

Hadisə mart ayının 6-da rayonun Qarazəncir kəndində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Elnar Mustafayev mərkəzi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyitə baxış zamanı sağ və sol sağrı nahiyəsində nöqtə şəkilli ətrafları qansızmalı ineksiya yerlərindən başqa xəsarət aşkar olunmayıb.

Məlum olub ki, anası Əfsanə Cəfərova xəstə övladını müalicə etdirmək üçün əczaçılıq məktəbini bitirmiş, hazırda rəsmi olaraq işləməyən kənd sakini Sevda Xəlilovanın evinə aparıb. Əczaçı Elnarı müayinə edərək boğaz nahiyəsinə pambıqla “liqol” dərmanı sürtüb, seftriaksion” iynəsi ilə prob qoyub. Daha sonra xəstənin halı pisləşdiyi üçün 0,5 qram “deksametazon” iynəsi vurub. Huşsuz vəziyyətə düşən uşaq rayon mərkəzi xəstəxanasına aparılan zaman ölüb.

Cəlilabad Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb./qafqazinfo
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031