dini radikalizm və ekstremizmlə mübarizə

“Toyum günü evdən cənazə çıxdı” - Əməkdar artist

Baxış Sayı:1 065

“Toyum günü evdən cənazə çıxdı” - Əməkdar artist

“Toyumdan bir neçə gün əvvəl xəbər yayıldı ki, məclis olmayacaq. Bilmədim niyə. Toy günü zala gedəndə paltarım cırıldı”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva ARB-də yayımlanan “Onun sirri” proqramında deyib. Aktrisa toyu günü dayısının vəfat etməsindən danışıb:

“Mənim xəbərim olmayıb. Bilmədən toy etmişəm. Dayım rayonda idi, toya gəlməmişdi. Mənim evimdə “Vağzalı” çalınanda, o biri evdən dayımın cənazəsi çıxırmış. Toy günü səhər dünyasını dəyişib, mənə deməyiblər. Məclis bitib evə gələndə dedilər”.

“Toppuş bacı” ləqəbli sənətçi gənclik illərində keçirdiyi ağır anlardan söz açıb:

“Tələbə vaxtı çox yerdə işləyirdim. Gedib un kisələrini boşaldır, yuyub, qurudub, təhvil verirdik. Bizə çek yazırdılar. Amma xəstələndim və beləliklə pul da qismətim olmadı. Qışda, soyuq su ilə onu yuyurduq, asırdıq. Gedib ev təmizləyirdim. Ondan sonra astma xəstəliyinə tutuldum”.

T.Əliyeva Əməkdar artist Yusif Mustafayevin onu Həcc ziyarətinə göndərməsindən danışıb:

“Yusif Mustafayev mənim mənəvi atamdır. Bir dəfə verilişimdə demişdi ki, Həcc ziyarətinə adamlar göndərəcəyəm. Üstündən aylar keçdi, bir gün zəng etdi ki, gəl. 3500 manat pul ödədi, təyyarəyə bilet aldı. Oğlu da gedirdi, onu avtobusla yolladı”.

Tünzalə ögey bacısı olması sualına belə cavab verib:

“Bəzən ailə sirri ailədə qalmalıdır. Bir-birimizi görmürük, heç vaxt da görməmişik. 10 yaşı olanda fotosunu görmüşdüm. Rusiyada yaşayır. Atam anamdan əvvəl evli olub. Onlar Rusiyada yaşayıblar. Yoldaşı Bakıya gəlməyib, buna görə də atam tək gəlib bura”./axşam.az/

Oxşar xəbərlər
SON XƏBƏRLƏR