dini radikalizm və ekstremizmlə mübarizə

18 Mart - Azərbaycan xanəndəsi, Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülmüş Xan Şuşinski vəfat etmişdir!

Baxış Sayı:1 623


İsfəndiyar Asalan oğlu Cavanşir 20 avqust 1901 - ci ildə Şuşa şəhərində anadan olmuşdur. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd - Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.
1920 - ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında "Mahur - Hindi", "Bayatı - Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
1934 - cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.
1960 - cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.
17 iyin 1943 - cü ildə "Azərbaycan SSR Xalq artisti" fəxri adı, 09 iyun 1959 - cu ildə "Şərəf Nişanı" ordeni, Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı,
29 dekabr 1971 - ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Xan Şuşinski 18 mart 1979 - cu ildə 77 yaşında Bakıda vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir. Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.


İlham Əliyev

Oxşar xəbərlər
SON XƏBƏRLƏR