Главная > idman > "Neftçi" "Sumqayıt"a qalib gələ bilməyib
"Neftçi" "Sumqayıt"a qalib gələ bilməyib8-04-2018, 20:58. Разместил: djbaz |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib. "Report"un məlumatına görə, "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib - 2:2. Hesabı 41-ci dəqiqədə "Sumqayıt"ın yarım müdafiəçisi Rəşad Eyubov uzaqdan zərbə ilə açıb. İlk yarının sonuncu dəqiqəsində Mirabdulla Abbasov bərabərlik qolunu vurub. Fasilədən sonra da tərəflər hərəyə bir dəfə fərqləniblər. 63-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovun baş zərbəsi dəqiq olub. Lakin 79-cu dəqiqədə Cavid İmamverdiyev baxımlı qolla yekun hesabı müəyyənləşdirib. Bununla da ardıcıl məğlubiyyətsiz oyunlarının sayını 10-a çatdıran "Sumqayıt" xallarını 36-ya çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 31 xalla 5-ci pillədə qalıb. Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə yenib. "Kəpəz" - "Keşlə" və "Zirə" - "Qəbələ" matçları isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan Premyer Liqası, XXII tur 18:30. "Neftçi” – "Sumqayıt” - 2:2 Qollar: Mirabdulla Abbasov, 45. Namik Ələskərov, 63 - Rəşad Eyubov, 41. Cavid İmamverdiyev, 78 Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov AFFA nümayəndəsi: Mübariz Hüseynov Hakim-inspektor: Məhəmməd Məmmədov "Bakcell Arena” Вернуться назад |