dini radikalizm və ekstremizmlə mübarizə

"Neftçi" "Sumqayıt"a qalib gələ bilməyib

"Neftçi" "Sumqayıt"a qalib gələ bilməyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib - 2:2. Hesabı 41-ci dəqiqədə "Sumqayıt"ın yarım müdafiəçisi Rəşad Eyubov uzaqdan zərbə ilə açıb. İlk yarının sonuncu dəqiqəsində Mirabdulla Abbasov bərabərlik qolunu vurub.

Fasilədən sonra da tərəflər hərəyə bir dəfə fərqləniblər. 63-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovun baş zərbəsi dəqiq olub. Lakin 79-cu dəqiqədə Cavid İmamverdiyev baxımlı qolla yekun hesabı müəyyənləşdirib.

Bununla da ardıcıl məğlubiyyətsiz oyunlarının sayını 10-a çatdıran "Sumqayıt" xallarını 36-ya çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 31 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə yenib. "Kəpəz" - "Keşlə" və "Zirə" - "Qəbələ" matçları isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası, XXII tur

18:30. "Neftçi” – "Sumqayıt” - 2:2

Qollar: Mirabdulla Abbasov, 45. Namik Ələskərov, 63 - Rəşad Eyubov, 41. Cavid İmamverdiyev, 78

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

"Bakcell Arena”

Oxunub: 945
Oxşar xəbərlər
SON XƏBƏRLƏR